Azərbaycanda ilk dəfə olaraq Xocalı haqqında fantastik-macəra-dram janrında “Proyekt 2602” adlı film çəkilir.
Filmin məqsədi Qarabağ haqqında həqiqətləri və Xocalı soyqırımını dünyaya daha müasir və təsirli şəkildə çatdırmaqdır. Filmin ssenarisi tanınmış Amerika kinoşirkəti “Metro Goldwyn Mayer” tərəfindən müsbət rəy alıb.
Çəkilişdə ilk dəfə olaraq "Kraudfandinq" sistemi tətbiq edilib. Bu sistem hər hansı bir layihəni geniş kütlə tərəfindən maliyyə və ya digər vəsaitlərlə təmin etmə praktikasıdır.
Hal-hazırda promo çarxın hazırlanmasına Azərbaycandakı müəyyən dövlət qurumları öz dəstəklərini göstərsələr belə, hələ də filmin dünya səviyyəsində çəkilməsi üçün ciddi maliyyə dəstəyinə ehtiyac var.
Filmin çəkilməsi üçün 701 581 AZN pul toplanılıb. Gözlənilən məbləğ isə 1 800 000 AZN-dir. Azərbaycan Mədəniyyət Nazirliyi 400 000 manat, Azərbaycan Televiziyası isə layihəyə 300 000 manat ayırıb. Maliyyə dəstəyi göstərmək istəyən hər kəs filmin rəsmi saytına daxil olaraq vəsait köçürə bilər. Ödənişlər pul və kriptovalyuta ilə qəbul olunur.
Onu da qeyd edək ki, 50 AZN pul köçürən şəxslərin filmin titrlarında adı olacaq, onlara oyunçuların imzası ilə olan poster və hədiyyələr təqdim olunacaq. 7 000 AZN köcürənlər isə filmin epizodunda çəkilmək üçün imkan əldə edəcəklər.
Əlaqə üçün:
Tel: +994556132602
Email: [email protected]