Qadınların İT sahəsində inkişafına dəstək vermək üçün yeni təlimlərə start verilir. Bu haqda yanvarın 7-də Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumat verib.
Təlim Bakıda 3 ay davam edəcək. Məqsəd xanımların İT üzrə bilik və bacarıqlarını artırmaqdır. Dərslərə Azərbaycanın müxtəlif regionlarından olan qadınlar da onlayn qoşula biləcəklər.
Təlimdə iştirak üçün 23 yanvar 2022-ci ilədək bu link vasitəsilə qeydiyyatdan keçmək mümkündür.