Qarabağın hava qapısı sayılan aeroportun simvolik açarı oktyabrın 26-da Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təqdim edilib.
Xatırladaq ki, yanvarın 14-də Prezident İlham Əliyev Füzuli Beynəlxalq Hava Limanının təməlini qoyub. Bu ilin yazından sonra isə tikintidə 24 saatlıq iş rejimi təşkil edilmişdir və ümumi tikintisi 8 ay çəkmişdir. Sentyabrın 5-də ilk sınaq uçuşu AZAL-ın ən böyük sərnişin təyyarəsi Airbus A340-500 həyata keçirmişdir.
16 oktyabr 2021-ci ildə Azərbaycan Baş Nazirinin sərəncamı ilə hava limanına beynəlxalq status verilmişdir.
Aeroportun uçuş-enmə zolağının uzunluğu 3000 metr, eni isə 45 metrdir. Hava limanı 60 min kvadratmetrlik 8 hava gəmisinin dayanması üçün sahədən ibarətdir. Aeroport, eyni zamanda, 1 saat ərzində 200 sərnişinə xidmət edə biləcək.
[gallery columns="1" size="full" ids="11425"]