Qarabağın qadın qaziləri Türkiyə Yazıçılar Birliyinin Erzurumdakı şöbəsində qonaq olublar. Bu barədə dekabr tarixində Baku.ws məlumat verib.
Bakıdan gedən qonaqlar Palandöken gənclik mərkəzində qarşılanıblar. Tədbirdə Qarabağ Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyinin rəhbəri Radə Abbas, iş adamı Eldar Səməd, azərbaycanlı müğənni Aygün Rəhimli Akbaba və başqaları iştirak ediblər.
Çıxışlar zamanı Azərbaycan və Türkiyə ədəbiyyatından, şeirlərdən, muğamlardan, siyasətdən danışılıb.
Tədbirin sonunda azərbaycanlı müğənni Aygün Rəhimli Akbaba "Çırpınırdı Qara dəniz" mahnısını ifa edib.