Aprelin 2-si Ramazan ayının ilk günüdür. Bunu martın 25-də APA-ya Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Fuad Nurullayev deyib.
Qafqaz Müsəlmanları İdarəsi tərəfindən Şamaxı Rəsədxanasına sorğu göndərilib. Onların təqvimə əsasən, aprelin 2-si Ramazan ayı daxil olacaq.
Ayın 1-də Ramazan hilalı görünəcək.
QMİ-nin sədr müavini Ramazan bayramının keçirilmə vaxtını da açıqlayıb. "Ramazan bayramı dövlət səviyyəsində 2 gün qeyd olunur. Rəsədxananın verdiyi təqvimə əsasən, mayın 2-3-ü Ramazan bayramıdır" - deyə Fuad Nurullayev bildirib.