Təhsil Nazirliyinin dəstəyi ilə fevralın 3-dən martın 16-dək “Ruhumun ünvanı Şuşa!” adlı respublika rəsm müsabiqəsinə start veriləcək. Bu haqda yanvarın 29-da Nazirlik məlumat verib.
Müsabiqənin məqsədi Şuşa şəhərinin zəngin abidələrini, memarlıq komplekslərini və incəsənətini təbliğ etmək və istedadlı uşaq və gəncləri üzə çıxarmaqdır.
Müsabiqə 3 yaş qrupu üzrə (7-10, 11-15, 16-20 yaş) 2 mərhələdə keçiriləcək.
Müsabiqə üzrə tələblər aşağıdakılardır:
- Şuşanı əks etdirən rəsmlər təqdim olunmalıdır;
- Rəsm əsərləri A3 formatda işlənməlidir;
- Rəsmin işlənmə texnikası sərbəstdir (quaş, sulu boya, rəngli qələmlər, kollaj, yağlı boya və s.);
- Bir müəllif bir rəsmlə iştirak edə bilər;
- Müsabiqəyə qatılan təhsil müəssisəsi hər yaş qrupu üzrə bir rəsm işi təqdim etməlidir.
Müsabiqənin qalibləri və fəal iştirakçılar diplom və sertifikatlarla təltif olunacaqlar.
Müsabiqə ilə bağlı sualı olanlar (+994) 12 568 42 19 və (+994) 55 539 55 22 telefon nömrələri ilə əlaqə yarada bilərlər.