Azərbaycanda rəsmi səfərdə olan Rumıniya Prezidenti Klaus Yohannis fevralın 3-də İçərişəhərlə tanış olub, təndir çörəyi yeyib. Bu barədə 3 fevral tarixində Report məlumat verib.
Qonağın İçərişəhərə gəzintisi Qoşa Qala qapısı meydanı ilə tanışlıqdan başlayıb.
İçərişəhərdə gəzinti zamanı Rumıniya Prezidenti isti təndir çörəyinə qonaq edilib. Sonra isə o, Şirvanşahlar Sarayı Kompleksi ilə tanış olub.