Səhiyyə nazirinin birinci müavini Teymur Musayev Azərbaycanda koronavirusun üçüncü dalğasının başlandığını bildirib. Bu haqda o avqustun 22-də Real TV-yə müsahibə verərkən danışıb.
“Delta ştammı digərlərindən fərqlənərək, 30% sürətlə yayılır”, - deyə Teymur Musayev qeyd edib.
Nazir müavini bildirib ki, saxta sertifikat alan vətəndaş və onu təqdim edən tibb işçisi hər kəsi təhlükə altında qoyaraq ölüm lotereyası oynayırlar. Bu cür hallar hüquq mühafizə orqanları tərəfindən araşdırılır.
Nazirliyin rəsmisinin verdiyi məlumata görə, Azərbaycanda koronavirusla mübarizəyə 10 min çarpayı fondu ayrılıb və xarici mütəxəssislər cəlb olunub: “Koronavirusla mübarizə üçün ölkədə yetəri sayda çarpayı fondu, dərman vasitələri və mütəxəssislər mövcuddur”.