“Azərbaycana yeni növ vaksin gətirilməsi gözlənilmir. Ölkədə hələlik 4 növ vaksin istifadə olunur ki, bu da kifayətdir”.
Bunu jurnalistlərə açıqlamasında səhiyyə nazirinin müavini Viktor Qasımov oktyabrın 12-də bildirib.
Onun sözlərinə əsasən, Azərbaycana ilk olaraq 218 min doza, sonradan isə daha 100 min doza “Pfizer” vaksini gətirilib: “Bununla yanaşı ölkəyə ümumilikdə 12 milyon doza "SinoVac", 200 min doza "Sputnik V" və 82 min doza "AstraZeneca" peyvəndi əlavə olaraq gətirilib".
Nazir müavini, həmçinin peyvənd məntəqələrinin çoxaldığını vurğulayıb: “Əvvəl müəyyən qədər problem var idi. Məntəqələr az idi. Məntəqələrin sayı çoxalandan sonra heç bir problem yoxdur".