Azərbaycanda “omicron” ştamı koronavirusun digər növləri kimi adi PCR testi ilə aşkarlanır. Bu barədə yanvarın 10-da Səhiyyə Nazirliyinin infeksionisti Təyyar Eyvazov məlumat verib.
“Mövcud testlər istənilən ştamda müsbət nəticə verməyə qadirdir. Sadəcə həmin ştamın hansı növ olmasını laborator analizlər nəticəsində dəqiq bilmək olur”, - deyə infeksionist bildirib.
Onun sözlərinə əsasən, mövsümi virusa yoluxanlardan götürülən test nəticələri neqativdir.
Həmçinin bu gün Azərbaycana xarici ölkələrdən gələn 12 nəfərdə koronavirusun “omicron” ştamı aşkarlanıb.