İki-üç doza vaksin vurdurmaq insanı COVID-19-a yoluxmaqdan sığortalamır. Bunu dekabrın 15-də Səhiyyə Nazirliyinin mütəxəssisi İsrail Məhərrəmbəyli söyləyib.
Onun sözlərinə əsasən, vaksinli pasiyentlər reanimasiyaya düşərkən xəstəliyi digərlərinə nisbətən yüngül keçirir.
Mütəxəssisin bildirdiyinə görə, reanimasiya şöbəsinə yerləşdirilən xəstələrin çoxu yanaşı xəstəliklərdən əziyyət çəkənlərdir. Lakin istisnalar da mövcuddur.
“Bu, xəstəlik prosesinin ağırlığı, immun sisteminin zəifləməsi yaxud xəstəxanaya müraciətin gec olması ilə əlaqəlidir. Məsələn, gənc yaşda olanların əksəriyyəti bir müddət evdə müalicə alır, amma xəstəlik ağırlaşdıqdan sonra xəstəxanaya müraciət edirlər. Bu zaman həmin şəxslər mütləq şəkildə reanimasiyaya yerləşdirilir”, - deyə İ. Məhərrəmbəyli vurğulayıb.