Sabirabadda yaşadığı ünvanı tərk edən aktiv koronavirus xəstəsi aşkarlanıb. Bu haqda 4 yanvar tarixində Daxili İşlər Nazirliyindən məlumat verilib.
Qəfərli kənd sakininə COVID-19 testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilsə də, o, yaşadığı ünvanı tərk edib. Polis əməkdaşları onu evinə geri qaytarıblar.
Faktla bağlı araşdırmalar aparılır.