Şahdağ Milli Parkında daha bir zubr balası dünyaya gəlib. Bu haqda iyunun 7-də Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.
Məlumatda qeyd olunub ki, artıq zubr balalarının sayı 5-ə çatıb. İndiyə qədər dünyaya gələn balalardan 4-ü erkək olsa da, hazırkı bala dişidir.
2019-cu ildə Şahdağ Milli Parkının İsmayıllı bölməsinin ərazisinə Avropadan 12 baş, 2020-ci ildə isə daha 5 baş zubr gətirilərək təbiətə buraxılmışdı.