Şəki rayonu, Oxud kənd tam orta məktəbinin 10-cu sinif şagirdi Fuad Mustafayev velosiped-maşın icad edib. Bu haqda mayın 24-də Oxu.az məlumat verib.
Məktəbli yeniliyi “Peşəyönümünün təşkili ilə bağlı usta sənətinin tətbiqi” mövzusunda layihə çərçivəsində hazırlayıb. İcad velosiped kimi idarə olunur, lakin avtomobil kimi sükana və dörd təkərə malikdir.