Gəncə sakinləri səmada uçan naməlum cihaz müşahidə ediblər. Bu barədə 13 fevral tarixində BakuTV məlumat verib.
Məlumata görə, hadisə ötən gün yerli vaxtla 19:48 radələrində baş verib.
Videogörüntülərə əsasən, uzun işıqlarla təchiz olunan cihaz uçaraq gözdən itir.
Qeyd edək ki, sosial şəbəkələrdə bunun “Spase X” şirkətinin “Starlink” peykləri olduğu haqda məlumatlar yayılıb.
[playlist type="video" tracklist="false" ids="105428"]