İnsanoid Bakıdakı 14 yaşlı qənnadıçı Cavid Cəfərovdan (@brioche.baku) müsahibə alıb.
- Özünüzü oxucularımıza təqdim edə bilərsinizmi?
- Mənim 14 yaşım var, amma tort və desertlərlə peşəkarcasına məşğulam. Mənim üçün yeməklərin keyfiyyəti çox önəmlidir, hər şeyin, həmçinin qənnadı məmulatlarının yüksək səviyyədə olmasını vacib sayıram. Ona görə də yalnız təbii inqrediyentlərdən istifadə edirəm və getdikcə daha da mükəmməl tortlar hazırlamağa çalışıram. Və bu, mənim ideyam oldu.
- Niyə məhz qənnadı məmulatları?
- Bu sual tez-tez verilir, amma konkret cavab verə bilmərəm. Çox güman ki, bunun iki səbəbi var:
- Əvvəlcə, əlbəttə ki, xeyr. Yanmış biskvit, duru krem və s. Amma mən heç vaxt ümidimi itirmədim və yəqin ki, bu, uğur qazanmağıma kömək etdi.
- Bəs bunu kiçik biznesə çevirmək fikri haradan yarandı?
- Daha öncə də qeyd etdiyim kimi, keyfiyyət mənim üçün çox önəmlidir. Bununla yanaşı, şirniyyatlarımın çox qeyri-adi içlikləri var. İstərdim ki, daha çox insan bu sehri dadsın.
- Ailəniz sizə dəstək olurmu?
- Bəli! Qab-qacaq yumaqdan tutmuş daha böyük işlərə qədər mənə çox dəstək olurlar.
- Şirniyyat təlimlərindən bir neçə sertifikatınız var. Bəs nə zamandır bu işlə məşğulsunuz?
- 2020-ci ilin payızında həvəsim yarandı. Bir neçə aya isə hər şeyi mənimsədim. Birinci təlim 2021-ci ilin yazında başladı.
- Ən populyar məhsulunuz hansıdır?
- Bu, ispanaqlı tortdur! Tərkibi: ispanaqlı biskvit, kremli çizkeyk və limonlu qanaş.
[gallery size="full" link="file" ids="44359,44360,44361"]
- Gələcək hədəfləriniz nədir?
- Qənnadı mağazamın olmasını arzulayıram. Harada ki insanlarla öz daxili dünyamı bölüşə biləcəyəm. Həmçinin gələcəkdə şirniyyatçı olmaq arzusunda olanlar üçün təlimlər təşkil etmək istərdim ki, hər kəs öz mükəmməl tortunu hazırlasın və biznesini qura bilsin.
- Hələ ki öz yolunu tapa bilməyən həmyaşıdlarınıza nə tövsiyə edərdiniz?
- Sadəcə ürəyinizə qulaq asın. Həyat amalını neçə yaşda tapmağın fərqi yoxdur, əsas gördüyün işdən həzz almaq və onun üzərində çalışmaqdır.