Azərbaycanda koronavirus infeksiyasına son sutkada 107 yeni yoluxma faktı qeydə alınıb.
65 nəfər müalicə olunaraq sağalıb. Analiz nümunələri müsbət çıxan dörd nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 825 527 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 814 944 nəfər müalicə olunaraq sağalıb, hazırda 586 aktiv xəstə var.
Azərbaycanda son sutkada 315 nəfər vaksinasiya olunub.