Azərbaycanda son sutkada koronavirusa 71 yeni yoluxma faktı qeydə alınıb.
70 nəfər müalicə olunaraq sağalıb. Analiz nümunələri müsbət çıxan dörd nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 827 450 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 816 942 nəfər müalicə olunaraq sağalıb, hazırda 454 aktiv xəstə var.
Azərbaycanda son sutkada 445 nəfər vaksinasiya olunub.