Azərbaycanda son sutkada koronavirusa 95 yeni yoluxma faktı qeydə alınıb.
101 nəfər müalicə olunaraq sağalıb. Analiz nümunələri müsbət çıxan iki nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 826 075 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 815 510 nəfər müalicə olunaraq sağalıb, hazırda 557 aktiv xəstə var.
Azərbaycanda son sutkada 365 nəfər vaksinasiya olunub.