Azərbaycanda koronavirus infeksiyasına son sutkada 129 yeni yoluxma faktı qeydə alınıb.
90 nəfər müalicə olunaraq sağalıb. Xəstəlikdən iki nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 825 656 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 815 034 nəfər müalicə olunaraq sağalıb, hazırda 623 aktiv xəstə var.
Azərbaycanda son sutkada 294 nəfər vaksinasiya olunub.