Azərbaycanda koronavirus infeksiyasına son sutkada 53 yeni yoluxma faktı qeydə alınıb.
22 nəfər müalicə olunaraq sağalıb. Xəstəlikdən iki nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 824 802 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 814 466 nəfər müalicə olunaraq sağalıb, hazırda 350 aktiv xəstə var.
Azərbaycanda son sutkada 468 nəfər vaksinasiya olunub.