Azərbaycan Respublikasında koronavirus infeksiyasına 27 yeni yoluxma faktı qeydə alınıb.
53 nəfər müalicə olunaraq sağalıb. Analiz nümunələri müsbət çıxmış şəxslərdən 2 nəfəri vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 823 496 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 813 254 nəfər müalicə olunaraq sağalıb, 9 955 nəfər vəfat edib, aktiv xəstə sayı 287 nəfərdir.
Azərbaycanda son sutkada koronavirus əleyhinə 557 vaksin vurulub.