Azərbaycan Respublikasında koronavirus infeksiyasına 44 yeni yoluxma faktı qeydə alınıb.
50 nəfər müalicə olunaraq sağalıb. Analiz nümunələri müsbət çıxmış şəxslərdən 2 nəfəri vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 823 636 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 813 504 nəfər müalicə olunaraq sağalıb, 9 959 nəfər vəfat edib, aktiv xəstə sayı 173 nəfərdir.
Azərbaycanda son sutkada koronavirus əleyhinə 719 vaksin vurulub.