Azərbaycanda son sutka ərzində 2186 nəfər COVID-19-a yoluxub.
Yanvarın 31-də Operativ Qərargahdan verilən məlumata görə, 14 nəfər vəfat edib. Sağalanların sayı 764 nəfər təşkil edib.
Son sutkada koronavirus əleyhinə 18 peyvənd vurulub.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 12 milyonu ötüb. Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5230388, hər iki dozanı qəbul edənlərin sayı 4742174, buster doza üzrə vaksinasiya olunanların sayı isə 2028205 təşkil edib.