Azərbaycanda son sutkada koronavirusa 547 yoluxma qeydə alınıb.
Operativ Qərargahdan yanvarın 7-də verilən məlumata görə, 631 nəfər sağalıb, 9 nəfər vəfat edib.
COVID-19 əleyhinə 32 minə yaxın peyvənd vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5 178 595, hər iki dozanı vurduranların sayı 4 688 646, buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 572 050 təşkil edib.