Azərbaycanda son sutkada 553 nəfər COVID-19-a yoluxub.
Yanvarın 5-də Operativ Qərargahdan verilən məlumata görə, 736 nəfər sağalıb, 11 nəfər vəfat edib.
Ölkədə son sutka ərzində koronavirus əleyhinə 27 mindən artıq peyvənd vurulub. Vurulan vaksinlərin ümumi sayı 11 373 965 təşkil edib.