Azərbaycanda koronavirus infeksiyasına son sutkada 120 yeni yoluxma faktı qeydə alınıb.
91 nəfər müalicə olunaraq sağalıb. Analiz nümunələri müsbət çıxan dörd nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 826 803 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 816 382 nəfər müalicə olunaraq sağalıb, hazırda 404 aktiv xəstə var.
Azərbaycanda son sutkada 826 nəfər vaksinasiya olunub.