Azərbaycanda koronavirus infeksiyasına son sutkada 33 yeni yoluxma faktı qeydə alınıb.
21 nəfər müalicə olunaraq sağalıb. Analiz nümunələri müsbət çıxan bir nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 827 880 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 817 562 nəfər müalicə olunaraq sağalıb, hazırda 237 aktiv xəstə var.
Azərbaycanda son sutkada 353 nəfər vaksinasiya olunub.