Azərbaycanda koronavirus infeksiyasına son sutkada 19 yeni yoluxma faktı qeydə alınıb. 15 nəfər müalicə olunaraq sağalıb.
Indiyədək ölkədə ümumilikdə 826 446 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 815 961 nəfər müalicə olunaraq sağalıb, 10 008 nəfər vəfat edib. Hazırda 477 aktiv xəstə var.
Azərbaycanda son sutka ərzində 598 test aparılıb.