Azərbaycanda son sutka ərzində 329 nəfər koronavirusa yoluxub. Bu barədə yanvarın 10-da Operativ Qərargah məlumat yayıb.
358 nəfər müalicə olunaraq sağalıb, 12 nəfər vəfat edib.
COVID-19 əleyhinə 58 peyvənd vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5 184 066, hər iki dozanı qəbul edənlərin sayı 4 695 363, buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 619 001 nəfər təşkil edib.