Son sutka ərzində Azərbaycanda 273 nəfər COVID-19-a yoluxub. Bu barədə yanvarın 3-də Operativ Qərargahdan məlumat verilib.
576 nəfər müalicə olunaraq sağalıb, 8 nəfər vəfat edib.
Ölkədə son sutkada koronavirus əleyhinə 80 vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5 169 419, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 676 664, buster doza üzrə peyvənd olunanların sayı isə 1 500 282 təşkil edib.