Azərbaycanda koronavirus infeksiyasına son sutkada 49 yeni yoluxma faktı qeydə alınıb.
40 nəfər müalicə olunaraq sağalıb. Bir nəfər ölüb.
İndiyədək ölkədə ümumilikdə 823 149 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 812 889 nəfər müalicə olunaraq sağalıb, hazırda 317 aktiv xəstə var.
Azərbaycanda son sutkada koronavirus əleyhinə 583 vaksin vurulub.