Azərbaycanda ötən gün 49 nəfər COVID-19 infeksiyasına yoluxub, 12 nəfər isə sağalıb. Bu haqda iyulun 5-də Nazirlər Kabineti məlumat yayıb.
Həmçinin 1 nəfər COVID-19 infeksiyasından dünyasını dəyişib.
Ölkədə ümumilikdə 793 437 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 783 465 nəfər müalicə olunaraq sağalıb, 9 718 nəfər isə vəfat edib. Aktiv xəstələrin sayı 254 nəfər təşkil edir.