25 iyun "Dənizçi Günü" ilə əlaqədar "Suraxanı" gəmi-muzeyində açıq qapı günü olacaq. Bu haqda iyunun 21-də Citylife_events məlumat yayıb.
Həmçinin saat 15:00-da Xəzər dənizində yelkənli qayıqların yarışı təşkil ediləcək.
"Dənizçi yarmarkası"nda isə gəmiçiliyə aid maraqlı suvenir və əşyalar satışa çıxarılacaq.
"Dənizçi Günü" üçün muzeydə xüsusi musiqili şou proqram da təşkil olunacaq.
Ünvan: Su idmanı sarayının yanı, Dənizkənarı Milli Park