Ötən sutka ərzində Azərbaycanda 15 koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb. Bu barədə dekabrın 13-də Daxili İşlər Nazirliyi məlumat verib.
Polis əməkdaşları həmin şəxslərlə izahedici söhbətlər aparıb və tibbi prosedurları gözləməklə onları yaşadıqları evlərə qaytarıb. Bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.
Yaşayış yerini tərk edən 3 nəfər barəsində “epidemiya əleyhinə və karantin rejimlərinin pozulması” maddəsi ilə cinayət işi başlanılıb.