2021-ci ildə Azərbaycanda koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri üçün 800,8 milyon manat vəsait xərclənib. Bu barədə 9 mart tarixində Nazirlər Kabinetinə istinadən APA xəbər verib.
Vəsaitin 520,9 milyon manatı dövlət büdcəsindən, 279,9 milyon manatı isə İcbari tibbi sığorta fondundan xərclənib. Vaksinlərin alınmasına 314,1 milyon manat, tibb işçilərinə müddətli əlavələrin ödənilməsinə 165,8 milyon manat, modul tipli xəstəxanalara 132,9 milyon manat, dərman və tibb lavazimatlarına 115,3 milyon manat, testlərin alınmasına 46,1 milyon manat, Naxçıvan MR-na 0,8 milyon manat, digər xərclərə 25,8 milyon manat ayrılıb.