Türkiyəli aktrisa Farah Zeynep Abdullah 16 mart tarixində Bakıya gələcək. Bu haqda iticket.az məlumat yayıb.
O, “Bergen” filminin qala gecəsində iştirak edəcək. Tədbirdə Erdal Beşikçioğlu, Nergis Öztürk, Ahmet Kayakesen və digər aktyorlar da iştirak edəcək.
80-ci illərin türk pop musiqisinin kult personajı Belgin Sarılmışerin həyatından bəhs edən filmdə baş rolu Farah Zeynep Abdullah canlandırıb.