Türkiyəli aktrisa Hazal Kaya yanvarın 21-də Azərbaycana gələcək. Bu barədə yanvarın 13-də APA məlumat yayıb.
Kino ulduzu Bakıda keçiriləcək “Benden Ne Olur?” filminin qala gecəsində iştirak edəcək. Filmdə, həmçinin Onur Tuna, Nur Fettahoğlu və digər aktyorlar çəkilib.
Tədbir saat 20:00-da Flame Towers-də baş tutacaq. Qiyməti 35 manat olan biletləri iticket.az saytından əldə etmək mümkündür.
Qeyd edək ki, Hazal Kaya “Aşk-ı Memnu”, “Adını Feriha Koydum” və “Bizim Hikaye” seriallarında çəkilərək məşhurlaşıb.