Müğənni Vüqar Muradov daxili orqanlarını Azərbaycan Dövlət Tibb Universitetinin tələbələrinə bağışlayıb. Bu barədə 2 mart tarixində “Qaynarinfo” məlumat verib.
Bu barədə Qaynarinfo-ya onun özü məlumat verib. Müğənni deyib ki, ölümündən sonra tələbələrin onun orqanları üzərində təcrübə keçməsini istəyir:
"Ən azından orqanlarımla tələbələrə bir faydam olsun. Mən orqanlarımı vəsiyyət edəndən bir saat keçməmiş Hacı Şahin dünyasını dəyişdi. Həyat budur, sabaha inam yoxdur. Bilmirsən, sabaha sağ çıxacaqsan, ya yox. Yas mərasimləri, 3, 7, 40 mərasimləri verilməsin. İstəmirəm mən öləndən sonra ailəm əziyyət çəksin”.
Sənətçi onun yasında, ümumiyyətlə, yemək-içməyin olmamasını vəsiyyət edib.