Bakının 219 saylı evdə təhsil tam orta məktəbinin tarix müəllimi Sevinc Novruzova İctimai TV-də yayımlanan “Milyonların şousu” intellektual verilişinə qatılaraq 8 min manat qazanıb. Bu barədə 18 yanvar tarixində İctimai TV xəbər yayıb.
12-ci suala qədər gəlib çıxan müəllim ona da düzgün cavab verərək sözügedən məbləği əldə edib. Məlumata əsasən, o, əldə etdiyi pulu övladının və maddi imkanı zəif olan bir ailənin qızının təhsilinə xərcləyəcəyini söyləyib.
[playlist type="video" tracklist="false" ids="102113"]