Müdafiə naziri general-polkovnik Zakir Həsənov “Teknofest Azərbaycan” Aerokosmik və Texnologiya festivalının təşkilində və keçirilməsində iştirak edən Azərbaycan Ordusunun hərbi qulluqçularını mükafatlandırıb. Bu barədə 4 iyun tarixində Müdafiə Nazirliyi məlumat verib.
Məlumatda bildirilib ki, sözügedən festivalda iştikar edən hərbi qulluqçuların təltif edilməsi barədə müdafiə nazirinin əmri aidiyyəti üzrə çatdırılıb. Əmrə əsasən, festivalda fəal iştirak edən hərbi qulluqçular fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.
Qeyd edək ki, “TEKNOFEST Azərbaycan” may ayının 26-29 tarixlərində Bakıda təşkil olunmuşdur. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 28-də “Teknofest Azərbaycan” festivalını ziyarət etmişdirlər.