“Meta” şirkəti “WhatsApp” və “Messenger”ə “ChatGPT”yə bənzər süni intellektli söhbət alətinin əlavə ediləcəyini açıqlayıb. Bu barədə İnsanoid bu gün, 1 mart tarixində xəbər verir.
ChatGPT hələ sınaq mərhələsində olsa da, imkanları ilə bütün diqqətləri üzərinə çəkməyi bacarıb.
“OpenAI” tərəfindən hazırlanmış “ChatGPT”, demək olar ki, hər şeyi bilən şəxsi müəllim kimi bir çox suallara təbii cavab verə bilər.
Bu yaxınlarda bir çox texnoloji şirkətlər “ChatGPT” sayəsində süni intellektlə işləyən söhbət robotları ilə maraqlanmağa başlayıb.
“Meta” şirkətinin “CEO”su Mark Zukerberq şirkət daxilində süni intellekt üzərində işləyən komandaları bir araya gətirəcək və işi daha da sürətləndirəcək.
“Meta” sonda bu xüsusiyyətləri satış və müştəri dəstəyi kimi sahələrdəki müəssisələrə də təklif edə biləcək.
Bundan əlavə, süni intellekt sizin üçün “WhatsApp” mesajlarına cavab verə bilər.