İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi sentyabr ayı ərzində koronavirusla mübarizə tədbirlərində iştirak edən tibb işçilərinə 10 milyon manata yaxın, qeyri-tibb işçilərinə isə 1,1 milyon manatdan çox müddətli əlavə ödəyib. Bu barədə 17 dekabr tarixində Report məlumat verib.
Əlavə olaraq özəl tibb müəssisələrdə çalışan 3 nəfərə ümumi 6 341,3 AZN, 5 nəfər könüllüyə isə 1 250 AZN ödənilib. Sentyabr və oktyabr ayları üzrə müddətli əlavələrin ödənilməsi davam edir.
Qeyd edək ki, koronavirusla mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavələrin ödənilməsi 2022-ci il yanvarın 1-dək uzadılıb.