İnsanoid Bakının 10 ən məşhur şirniyyat evinin siyahısını hazırlayıb və iki tortun: “Napoleon” və “Ballı” tortun qiymətlərini müqayisə edib.
Azza-da “Napoleon” tortu 5 nəfərlik olur və qiyməti 11 manatdır. “Ballı” tort isə bu məkanda mövcud deyil. 5 və 10 nəfərlik “Profitrole” tortunun qiyməti müvafiq olaraq 12 və 23 manat, eklerlərin qiyməti isə 1-1,2 manat təşkil edir.
View this post on Instagram
Venskaya skazka-da 6 nəfərlik “Napoleon” və “Ballı” tortun qiyməti 22 manatdır. Lakin sifarişlər 1,5 kiloqramdan başlayaraq götürülür. O zaman qiymət 30-35 manat təşkil edir. Sözügedən qənnadı dükanının özəlliyi “Smetannik” tortudur. Bu tortun da 6 nəfərlik qiyməti 22 manatdır.
View this post on Instagram
1998-ci ildə yaradılmış Bon Appetit-də “Ballı” tortun və “Napoleon”un 1 kiloqramı 20 manata satılır. Bu çəkidə tort 10 nəfər üçün nəzərdə tutulur.
“Ballı Bisi” şirniyyat evinin vitrinində “Ballı” tortun 6 nəfərlik qiyməti 15 manat, 12 nəfərlik tortun qiyməti isə 27,5 manatdır. Sifarişlə daha çox nəfərlik hazırlanması mümkündür. “Napoleon” isə bu məkanda hazırlanmır.
View this post on Instagram
“Viva” şirniyyat evi tortları adam sayına görə təklif edir. 12 nəfərlik “Napoleon” tortunun qiyməti 23,1 manatdır. 6 və 12 nəfərlik “Ballı” tortun qiyməti isə müvafiq olaraq 12,3 və 25,4 manatdır. “Viva”nın özəlliyi olan “Red Velvet” tortunun qiyməti isə 28,8 manat təşkil edir.
Le Plaisir-də “Ballı” tortun 1 kilosunun qiyməti 31 manat, “Napoleon”un isə 34 manatdır.
View this post on Instagram
“L’amour” şirniyyat dükanında “Napoleon” və “Ballı” tort minimal çəkisi 2 kiloqram olmaqla sifarişlə hazırlanır. Belə halda hər iki tortun qiyməti 50 manatdır.
“Ləzzət” məkanında 1 kiloqram “Napoleon” və “Ballı” tortun qiyməti 20 manat təşkil edir.
View this post on Instagram
Purple-də 8-10 nəfərlik “Napoleon” tortunun qiyməti 26 manatdır, “Ballı” tortun kilosunu isə 22 manata almaq olar.
“Courabier” qənnadı dükanı “Napoleon” tortunun 1 kiloqramını 20 manata, “Ballı” tortun kilosunu isə 26 manata təklif edir.
View this post on Instagram