Tovuzda avtomobil qəzası olub, ölən və xəsarət alan var. Bu barədə 14 mart tarixində Report məlumat verib.
Hadisə Bakı-Qazax magistral yolunun Tovuz rayonunun Əlimərdanlı kəndi ərazisindən keçən hissəsində baş verib.
Hadisə nəticəsində 1985-ci il təvəllüdlü Yaqubəliyev Elçin hadisə yerində dünyasını dəyişib, Kərimov Vüsal isə xəsarət alıb və xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma davam etdirilir.