Azərbaycanda Türkiyə istehsalı olan “TURKOVAC” peyvəndinin üçüncü faza sınaqlarında könüllü iştirak etmək üçün müraciətlər var. Bu haqda Trend aprelin 9-da səhiyyə naziri Teymur Musayevə istinadən xəbər yayıb.
“TURKOVAC”ın üçüncü faza sınaqları buster doza kimi istifadə üçün nəzərdə tutulub. Sınaqların Bakı Sağlamlıq Mərkəzində aparılması 15 ay davam edəcək.
Peyvəndin kliniki sınaqlarının başlanmasına dair müqavilə Türkiyə Sağlamlıq İnstitutu ilə Bakı Sağlamlıq Mərkəzi arasında martın 9-da imzalanıb.