“Turkovac” vaksinlərinin yaxın zamanlarda Azərbaycana çatdırılması gözlənilir. Bu haqda dekabrın 29-da Türkiyə Sağlamlıq İnstitutlarının rəhbəri Erhan Akdoğan məlumat verib.
Məlumata əsasən, vaksinlərin gətirilməsi Azərbaycanda davam edən elmi işlər üçündür.
Bir neçə ay öncə Azərbaycan, Pakistan və Qırğızıstan "Turkovac” vaksininin kliniki tədqiqatları zamanı birgə elmi araşdırmalar aparıb. Ötən həftələrdə Azərbaycanda bununla bağlı hazırlıqlar tamamlanıb.