Şuşa şəhəri 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilib. Müvafiq qərar martın 31-də Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı - TÜRKSOY-un Daimi Şurasının Bursa (Türkiyə) şəhərində keçirilən iclasında qəbul edilib.
Bu il Türk Dünyasının Mədəniyyət Paytaxtı Bursa şəhəridir.
Qeyd edək ki, bundan öncə 2022-ci il Azərbaycanda “Şuşa ili” elan edilib. Strateji mövqeyi ilə seçilən Şuşa Azərbaycana qarşı hərbi təcavüzə başlamış Ermənistan tərəfindən 1992-ci il mayın 8-də işğala məruz qalmışdır. 44 günlük Vətən müharibəsi nəticəsində Şuşa şəhəri 2020-ci il noyabrın 8-də işğaldan azad edilib.