Şuşada pişiklər üçün evlər quraşdırılıb. Bu barədə aprelin 7-də Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsindən məlumat verilib.
“Şuşada yağış yağır və dumanlı hava hökm sürür. Balaca dostlarımız üçün hazırladığımız kiçik yuvalar onların isti sığınacağına çevrilib”, - paylaşımda deyilib.
[gallery columns="2" size="full" link="file" ids="41382,41383"]