Şuşada son 30 ildə ilk dəfə yamac paraşütündən uçuş həyata keçirilib. Bu barədə aprelin 6-da Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin rəsmisi Twitter hesabında paylaşım edib.
“2022-ci il Şuşa ili” çərçivəsində baş tutan uçuş şəhərin ən yüksək nöqtələrindən biri sayılan Qızıl Qaya massivindən (Telegüllə ərazisi) 1400 metr hündürlükdən yerinə yetirilib.
“2022-ci il Şuşa İli” çərçivəsində #Şuşa|da son 30 ildə ilk dəfə yamac paraşütündən (#paraplan) uçuş həyata keçirilib. Uçuş şəhərin ən yüksək nöqtələrindən biri sayılan Qızıl Qaya massivindən (Telegüllə ərazisi) 1400 metr hündürlükdən yerinə yetirilib. #ŞuşaSənAzadsan #Şuşa2022 pic.twitter.com/WJ0r43q4ZN
— Maftun Abbasov (@MaftunAbbasov) April 6, 2022